Gəncədə zəncirvari qəza: xəsarət alanlar var
Gəncədə zəncirvarı yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə iyulun 24-də şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
“VAZ-2106”, “Mercedes” markalı minik avtomobilləri və “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində “VAZ”-da olan 2 qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
1989-cu il təvəllüdlü Şəhla Məmmədovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Digər qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq üçün evə buraxılıb
Faktla bağlı araşdırma aparılır.