Göyçayda maşın velosipedçini vuraraq öldürdü

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10 FS 469 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

    

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv