Şamaxıda dəhşət: 17 yaşlı 3 oğlan göldə boğuldu

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə boğularaq ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

 

Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri, 1999-cu il təvəllüdlü Məhəbbət Məhəmməd oğlu Bəkirov, həmyaşıdları Qadir Rasim oğlu Axundov və Rövşən Siyavuş oğlu Səfərov ehtiyatsızlıq səbəbindən suda boğularaq ölüb. Onların meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən axşam saat 19:30 radələrində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları üçün hər üçü suda boğularaq ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv