Məktəb direktorundan təhsil nazirinin müavininə şikayət edildi

Təhsil nazirinin müavini Ceyhun Bayramov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Astara, Yardımlı və  Masallı rayonlarından olan vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı səsləndirilən müraciətlərdə əsasən, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, məktəb direktorundan şikayət, işə bərpa olunma, tələbənin bir ali məktəb və ya kollecdən digərinə köçürülməsi, diplomların tanınması, tələbənin əyani şöbədən qiyabiyə köçürülməsi kimi məsələlər üstünlük təşkil edib.

 

- Nizami adına orta məktəbdə işlər qaydasında getmədiyinə görə, məktəbin direktoru Azər Mirzəyev qeyri-qanuni işlər gördüyünə görə təhsil nazrinin müavininə müraciət etdim. O söz verdi ki, işə baxacaq.

 

- Oğlum altı ildir universiteti bitirib. Təyinatı üzrə ucqar kənddə dərs deyir. Bu barədə müraciət etdim.

 

Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə araşdırılacağı və bu barədə vətəndaşlara əlavə cavablar veriləcəyi bildirilib.

Müəllif | Apa.Tv