İstanbul Universitetində əməliyyat: 31 akademik və professor tutuldu

Türkiyə polisi FETÖ cinayət işinin istintaqı çərçivəsində İstanbul Universitetində xüsusi əməliyyat keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyat nəticəsində universitetin 31 akademiki və professorları həbs olunub.

 

Əməliyyatlar eyni zamanda Tekirdağ, Denizli, Kocaeli və Kırklareli qəsəbələrində də həyata keçirilib.

 

Aparılan axtarışlar nəticəsində professorların iş otaqlarında külli miqdarda üzəri şifrələnmiş 1 dollarlıq banknotlar, habelə, şübhəlilərin FETÖ təşkilatına üzv olduqlarını isbatlayan xeyli sayda sənəd, audiovizual materiallar ələ keçirilib.

 

Araşdırmalar zamanı pul əsginaslarının Fətullahçı terror təşkilatı - FETÖ idarəçiləri tərəfindən şifrələndiyi ortaya çıxıb.

 

Əməliyyatlar Səlcuq Universitetində də aparılıb və nəticədə aralarında professorların da olduğu 177 nəfər işdən uzaqlaşdırılıb.

 

 


 

Müəllif | Apa.Tv
Apa.tv