2 nəfər qarpızdan, bir nəfər dərmandan zəhərlənərək öldü - BAKIDA

Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb.

 

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb.

 

Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Nərimanov sakini Elnur Hümbətov isə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
 

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv