Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi tutuldu
İstanbul Baş Prokurorluğunun qərarı ilə dövlət çevrilişi cəhdində başladılan istintaq çərçivəsində 4 general və 9 polkovnik həbs edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, saxlanılan generallardan Nevzat Taşdələr vaxtilə Türkiyənin Azərbaycandakı hərbi attaşesi vəzifəsində çalışıb.
Həbs olunan Taşdeler və digər hərbçilərin FETÖ ilə yaxın əlaqələrinin olduğu bildirilir.
Bununla İstanbulda həbs edilən generalların sayı 16-ya çatıb.
Qeyd edək ki, Nevzat Taşdeler "Ergenekon" işi çərçivəsində həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən və sonradan azadlığa buraxılan ordu generalı Nüsrət Taşdelerin qardaşıdır.