Lavrov: "Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmağa hazırdır"
"Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmağa hazırdır".
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Rusiyada keçirilən forumdakı çıxışında ölkənin xarici işlər naziri Sergey Lavrov deyib: "Rusiya ərazisində türkdilli xalqlar yaşayır. Digər xalqların mədəniyyəti olduğu kimi, türk xalqlarının da mədəniyyəti də dövlət tərəfindən qorunur. Biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmağa da hazırıq və mən bunda heç bir problem görmürəm".
O bildirib ki, Rusiyanın sözügedən quruma üzv olması türkdilli xalqlar üçün yalnız əhəmiyyət daşıyacaq.