"Türk Hava Yolları" 211 əməkdaşını işdən qovdu
Türkiyədə həyata keçirilən FETÖ əməliyyatının dalğası "Türk Hava Yolları" şirkətinə də təsir edib.
APA TV-nin məlumatına görə, şirkət rəhbərliyinin bu gün keçirdiyi toplantıda aralarında bölmə rəhbərləri, təyyarə kapitanları və 15 pilot olmaqla, ümumilikdə 211 nəfər FETÖ qruplaşması ilə əlaqədə şübhəli bilinərək işdən çıxarılıb.
İşini itirənlər arasında şirkətin baş direktorunun müavini Coşkun Kılıç da var.