Bakıda 37 yaşlı kişi bıçaqlandı
Bakıda 37 yaşlı kişi bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Ramana qəsəbəsində baş verib.
37 yaşlı Polad Adil oğlu Axundov qəsəbə ərazisində bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Polad Axundovu əməliyyat edən həkim Rasim Əbdürəhimovun sözlərinə görə, qarın nahiyəsindən bıçaqlanan yaralının vəziyyəti qənaətbəxşdir. Polad Axundov həkimlərə onu bıçaqlayan şəxsi tanıdığını bildirib.
Xəstəxanadan hadisə barədən Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşları araşdırmalara başlayıblar. Yaralının dindirmək mümkün olmadığından, o, hələlik dindirilməyib. Faktla əlaqədar cinayət işi başlanıb.