Ərdoğana sui-qəsddə iştiraka görə tutulan hərbçilərin sayı 7-yə çatdı
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştiraka görə tutulan hərbçilərin sayı 7-yə çatıb.
APA TV-nin məlumatına görə, Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayaraq həbs etmişdilər.
Prezidentin olduğu mehmanxanaya hücum etmiş hərbçilərin sayının 17 olduğu bildirilir.