İstanbulda Boğaziçi körpüsünün adı dəyişdirilir

İstanbulda Bosfor boğazı üzərində yerləşən Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək.

 

APA TV-nin məlumatına görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

 

Hökumət Türkiyədə Jandarm Qüvvələri və Sahil Mühafizəsinin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi barədə də qərar qəbul edib. Bununla bağlı ayrıca fərmanın veriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv