Qaxda iki maşın toqquşdu: 1 ölü

Qaxda baş verən yol qəzasında bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, ağır yol qəzası iyulun 25-də axşam saat 18:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisində baş verib.

 

Rayonun Oncallı kənd sakini, 49 yaşlı Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə rayonun Zəyəm kənd sakini, 44 yaşlı İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobil toqquşub. Qəzadan sonra "VAZ-2106"-nın sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv