Neftin qiyməti 45 dollar ətrafında stabilləşir

Dünya bazarında neft bahalaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,19 dollar artaraq 44,91 dollar olub.
 

Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası 1 barelə görə 0,10 dollar artaraq 43,23 dollar təşkil edib.
 

Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,47 dollar və ya 1 faizi azalaraq 46,20 dollar təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv