Dollar və avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi iyul ayının 25-i ilə müqayisədə artaraq 1,5755 manat təşkil edib.
Bivalyuta səbətinə daxil olan avro da bahalaşıb. Avronun rəsmi məzənnəsi manat qarşısında möhkəmlənərək 1,7338 manat olub.
Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 24 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.