Yaponiyada 17 ruhi xəstənin qatili: "Dünyanı onlardan təmizləyirəm"

Yaponiyanın Saqamixare şəhərində əqli cəhətdən zəif insanların yaşadığı pansionatda qətliam törədilib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, insident nəticəsində 19 nəfər ölüb, onlarla yaralı var.

Yerli vaxtla gecə saat 3:00 radələrində bıçaqla silahlanmış şəxs çəkiclə 1-ci mərtəbədəki pəncərələrdən birini sındıraraq içəri daxil olub. Həmin vaxt binada 8 mühafizəçi, 150 sakin olub.

Bıçaqlanaraq öldürülənlərin yaş həddi 18-70 arasıdır. Yaralılar bir neçə xəstəxanaya çatdırılıblar, onlardan 20-nin vəziyyəti ağırdır.

 

Hadisədən bir saat sonra pansionatın yaxınlığındakı polis məntəqəsinə gələn 26 yaşlı Satosi Ueamtsu adlı gənc qətliamı törətdiyini etiraf edib. Məlum olub ki, qatil əvvəllər həmin pansionatda çalışıb.

Cinayətkar həbs olunub. O bildirib ki, belə insanların həyatda qalmasını qəbul edə bilmir və dünyanı onlardan təmizləmək istəyir.

 

Müəllif | Apa.Tv
Apa.tv