Şotlandiyadan Londona xəbərdarlıq: "Əgər maraqlarımız nəzərə alınmasa..."

"Əgər London bizim maraqlarımızı nəzərə almasa, Şotlandiya müstəqillik məsələsini nəzərdən keçirəcək".

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu fikirləri Şotlandiyanın birinci naziri Nikola Stercen səsləndirib.

 

O, Şotlandiyanın maraqlarının özü üçün prioritet təşkil etdiyini və buna görə də bütün mümkün variantların nəzərdən keçiriləcəyini bildirib.

 

Nazir bildirib ki, 2014-cü ildə tərkibində qalmaq üçün səs verdikləri Birləşmiş Krallıq fundamental dərəcədə dəyişir. Onun sözlərinə görə, çevrilən Birləşmiş Krallıq özünəinamsızlığın, təəccübün və gözlənilməz hadisələrin hakim olduğu bir məkana çevrilib və belə olan halda nazir Şotlandiya üçün ən uyğun variantın müstəqillik olacağını düşünür.

 

Bu arada bazar ertəsi İngiltərənin baş naziri Tereza Mey Belfasta səfər edib. Verdiyi bəyanatında Şimali İrlandiyadakı siyasi partiyaların İngiltərənin Avropa İttifaqından ayrılması məsələsində səfərbər olmasının vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, iyunun 23-də keçirilən referendum zamanı Şotlandiya əhalisinin 62 faizi İngiltərənin Avropa İttifaqının tərkibində qalmasına səs verib. Lakin, yekun nəticədə avrointeqrasiya tərəfdarları referendumdan qalib ayrılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv