Ərdoğan: "Xalq istəsə, ölüm hökmü bərpa olunacaq"

Türkiyə prezidenti ölkədə Konstitusiya dəyişikliyini və ölüm hökmünün bərpa ediləcəyini növbəti dəfə istisna etməyib.

 

APA TV-nin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan bu barədə alman telekanalı ARD-yə danışıb.

O bildirib ki, əgər xalq bunu tələb etsə, ölüm hökmünün bərpası baş verəcək.

Ərdoğan əlavə edib ki, hazırda Türkiyə vətəndaşları ən ağır cəzanın icrasına başlanmasını tələb edir və hakimiyyət buna müsbət yanaşacaq.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker bu qərarın veriləcəyi təqdirdə, Avropa İttifaqı ilə Türkiyə arasında ölkənin quruma üzvlük barədə aparılan danışıqların dayandırılacağını bildirib. Avropa qurumlarının digər rəsmiləri, o cümlədən Almaniya kansleri Angela Merkel də Ankaraya eyni xəbərdarlığı edib. ABŞ isə Türkiyəni belə olan halda NATO-dan çıxarılacağı ilə hədələyib.


Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu reaksiyasında Brüsseli Ankaraya qarşı təzyiqlərə son qoymağa dəvət edib.
 

Müəllif | Apa.Tv
Apa.tv