Ötən həftə vəzifəsindən uzaqlaşdırılan İstanbul valisi tutuldu

İstanbulun keçmiş valisi Hüseyin Avni Mutlu dövlət çevrilişinə cəhd cinayət işi çərçivəsində həbs olunub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, iyulun 19-da vəzifəsindən azad edilən Hüseyin Avni Mutlu bu sabah tutulub.

 

Qeyd edək ki, Hüseyin Avni Mutlu 17-25 dekabr çevriliş cəhdi əsnasında İstanbul valisi vəzifəsində çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv