Dünya bu görüntülərdən danışır: "Ruh taksiyə əyləşdi"

Yaponiya şəhərlərindən birində qəribə hadisə baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, taksi dayanacağının yaxınlığında quraşdırılmış təhlükəsizlik kamerası ruh görüntüsünü qeydə alıb.

Sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olan bu görüntülərə kimsə dəqiq münasibət açıqlaya bilmir.

Xatırladaq ki, 2012-ci ildə baş verən bu hadisədən indi xəbər tutulub.

Kadrda taksiyə əyləşən şəxsin arxasında şəffaf insan sülueti görünür və o da maşına oturur. Siluet qadına daha çox bənzəyir və onun əlində çanta da olduğu görünür.

Bəziləri bunu kadr deffekti hesab edir, bəziləri isə həmin kadrda 2011-ci ildə baş verən zəlzələ qurbanlarından birinin ruhunun göründüyünü iddia edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv