Dubayda iki türk generalı həbs edildi

Birləşmiş Ərəb Əmirliklərində Türkiyə Silahlı Qüvvələrinin iki generalı saxlanılıb. APA TV-nin CNN Türk-ə istinadən xəbərinə görə, onlar dövlət çevrilişinə cəhddə təqsirləndirilirlər.

Saxlanılan general-mayor Cahid Bakır və briqada generalı Şener Topuç Türkiyə ordusunun Əfqanıstandakı hərbi birləşmələrinin komandanlarıdır. Onlar Dubaya Kabildən təyyarə ilə gəlib və burda Türkiyə hökumətinin təşəbbüsü ilə BƏƏ xüsusi xidmət orqanları tərəfindən həbs ediliblər.

Onlar bu gün Türkiyəyə göndəriləcəklər.
 

Müəllif | Apa.Tv
Apa.tv