İrəvanda qiyamçılara yemək gətirən sakinlərlə polis toqquşdu
İrəvanda sakinlərlə polis arasında yenidən qarşıdurmalar başlayıb. APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, hadisə silahlı qrup tərəfindən ələ keçirilən polis şöbəsinin yaxınlığında qeydə alınıb.
Silahlılara yemək gətirən vətəndaşların qarşısını polis kəsib. Sakinlərin arasında müxalifət nümayəndələri də olub. Polis içəridəki silahlılara ərzaq ötürülməsinə izn verməyib və qarşıdurma yaranıb. Bundan sonra əraziyə əlavə qüvvələrə yeridilib və binanın ətrafında nəzarət gücləndirilib.
Sakinlər binada elektrikin, suyun və internetin kəsilməsinə etiraz edərək, içəridəkilərin günlərdir ac-susuz olduğunu bildiriblər.
Vətəndaşlara ərazidəki yolda nəqliyyatın hərəkəti üçün tıxac yarandığı bildirilərək, dağılışmaq barədə xəbərdarlıq edilib.