Sabah yenə yağış yağacaq

İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv