Şirvandakı partlayışla bağlı ilk açıqlama - RƏSMİ
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, bu gün saat 15:35 radələrində nazirliyin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.
Partlayışla əlaqədar Səhiyyə Nazirliyi səhiyyə müəssisələrini səfərbər edib. Nazirlikdən bildirilib ki, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib. Onlardan 2-si artıq hadisə yerinə çatıb.