Dolların məzənnəsi 1,58 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyulun 27-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi iyulun 27-nə 1,5787 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,5755 manata bərabər olub.