Rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi iyul ayının 25-i ilə müqayisədə artaraq 1,5787 manat təşkil edib.
Bivalyuta səbətinə daxil olan avro da bahalaşıb. Avronun rəsmi məzənnəsi manat qarşısında möhkəmlənərək 1,7366 manat olub.
Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 23 manat 90 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.