Klinton ABŞ prezidentliyinə rəsmən namizəd oldu

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirilən qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.

 

Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib. 

 

Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.

 

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv