Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun! – SOBYANİNDƏN ŞOK TƏKLİF

Rusiyaya gələn miqrantların əksəriyyəti qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olurlar, buna görə onlar ölkə sərhədini keçərkən xüsusi rüsum ödəməlidir. Bu təkliflə Moskva meri Sergey Sobyanin çıxış edib.

 

O bildirib ki, Rusiyada sahibkarlara miqrantlarla işləmək daha sərfəlidir: "Birincisi, onlara daha az əmək haqqı ödənir, ikincisi əmək miqrantlarına görə, heç bir sığorta və vergi ödənişi edilmir. Elə etmək lazımdır ki, sahibkar Rusiya vətəndaşını işə götürməkdə daha maraqlı olsun. Bu səbəbdən ölkəyə işləməyə gələn miqrantlardan sığorta və vergi ödənişləri şəklində əvvəlcədən müəyyən məbləğdə məcburi rüsum alınmalıdır”.

 

Sergey Sobyanin bildirib ki, miqrantların çalışdığı bazarların və topdansatış meyvə-tərəvəz bazalarının bağlanacağı təqdirdə məhsulların qiymətlərinin bahalaşacağı barədə fikirlərlə razı deyil. O bu cür fikirləri spekulyasiya adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv