Bakıda xəzri güclənəcək, yağışlar başlayır

İyulun 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək

 

Havanın temperaturu gecə  21-24 dərəcə, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24 isti, gündüz  27-29dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 28-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti,  dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv