Bakıda özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı - MÖCÜZƏ

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb.

 

7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.

 

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv