İrəvanda mitinqçilər Sarkisyanın istefasını tələb edir
İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqinin iştirakçıları bir sıra tələblər irəli sürüblər.
APA TV-nin məlumatına görə, nümayiş iştirakçıları həbs olunanların azadlığa buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.
Silahlı qrup tərəfindən ələ keçirilmiş binaya yaxın əraziyə əlavə polis qüvvələri yeridilib.
Ötən gecə hakimiyyətə vaxt verən aksiya iştirakçıları sakitliklə dağılışmaq və bu axşam yenidən toplaşmaq qərarına gəliblər. Bugünkü aksiya Azadlıq meydanında keçiriləcək.
Dünən gün ərzində polis silahlıların ələ keçirdiyi binanın yaxınlığında 150-dən çox adamı saxlayıb. Bir qədər sonra onların əksəriyyəti sərbəst buraxılıb.
Qeyd edək ki, iyulun 17-dən İrəvandakı silahlılara qarşı xüsusi əməliyyata mane olmaq üçün bir qrup şəxs etiraz aksiyası keçirilib. İyulun 20-də aksiya iştirakçıları polis səddini yarmağa cəhd göstərib, toqquşma olub. Toqquşmalar nəticəsində 51 nəfər, o cümlədən 29 polis əməkdaşı xəsarət alıb.