Bakıda qatar 31 yaşlı kişini vurdu

Bakının Binəqədi rayonu ərazisində yük qatarı piyadanı vurub.

 

APA TV-nin məlumatına görə, 31 yaşlı Sadiq Mirəli oğlu Məmmədov dəmir yolunun kənarı ilə gedərkən diqqətsizliyi üzündən hərəkətdə olan yük qatarına dəyib.

 

Zərbə nəticəsində qatar Sadiq Məmmədovu bir neçə metr kənara tullayıb. Qatarın maşinistləri hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar. Yaralı xəstəxanaya çatdırılıb.

 

Həkimlər çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirilən Sadiq Məmmədovun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Qəza baş verən əraziyə polis tərəfindən baxış keçirilib. Maşinistlərin ifadələri alınıb. Faktla əlaqədar araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv