Manat ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi iyul ayının 25-i ilə müqayisədə artaraq 1,5819 manat təşkil edib.
Bivalyuta səbətinə daxil olan avro da bahalaşıb. Avronun rəsmi məzənnəsi manat qarşısında möhkəmlənərək 1,7512 manat olub.
Rusiya rublunun da məzənnəsi isə artıb. Hazırda 1000 Rusiya rublu 24 manatdır.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.