Neft cüzi bahalaşdı, qızıl sürətlə ucuzlaşır
Dünya bazarında neft bahalaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,16 dollar artaraq 43,63 dollar olub.
Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası 1 barelə görə 0,18 dollar artaraq 42,10 dollar təşkil edib.
Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,64 dollar və ya 1,41 faiz azalaraq 45,31 dollar təşkil edib.
Bu arada hərraclarda qızılın unsiyası 11,30 dollar artaraq 1 338 dollara satılıb.