Obama: "Xoşbəxt olmaq istəyənlər Hillari Klintonu seçməlidir"

ABŞ prezidenti Barak Obama Ağ Evin yeni sahibi postuna namizədlərdən biri - Hillari Klinton barəsində danışıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, B.Obama özünə Hillari Klintondan daha layiqli sələf görmədiyini açıqlayıb.

 

Demokratların Filadelfiyadakı qurultayı zamanı çıxışında hazırkı prezidenti partiya üzvlərini keçiriləcək prezident seçkiləri zamanı məhz xanım namizədi dəstəkləməyə çağırıb.

 

"Amerikanın xoşbəxt gələcəyinə inanan, bu gələcək üçün həyatını həsr edən yalnız bir namizəd var. Bu, xalqın xoşbəxtliyi yolunda bütün sədləri aşacaq, bütün imkanlardan istifadə edəcək Hillari Klintondur" - deyə, B.Obama nitqini tamamlayıb.

 

Hillari Klinton prezidentin çıxışından sonra səhnəyə çıxaraq, ona təşəkkür edib. Özünə gəlincə isə, onun qurultayın bu günü çıxış edəcəyi və partiyanın namizədi statusunu rəsmən qəbul edəcəyi bildirilir.

 

H.Klinton daha öncə seçiləcəyi təqdirdə vitse-prezident olacaq şəxsin də adını da açıqlayıb. Bu, Virciniya ştatından olan senator Tim Keyndir.

 

Müəllif | Apa.Tv
Apa.tv