FES uçot dərəcəsini qaldırmadı
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iki gün davam edən iclası yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.