Yağış davam edəcək, külək güclənəcək

İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
 

Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 25-29 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 10-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv