Ağdaşda "Mercedes" aşdı, sürücü öldü
Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Ağdaş-Ərəbocağı avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.
Rayon sakini, 1982-ci il təvəllüdlü İsgəndərov Ramin Nizami oğlu idarə etdiyi 03 BG 383 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü Ramin İsgəndərov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.