PKK-dan bir gündə iki qanlı terror: 5 şəhid

Türkiyənin Siirt əyalətində terrorçuların yolda quraşdırdığı partlayıcı hərbi konvoyun keçidi zamanı işə düşüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə zamanı 3 hərbçi şəhid olub.

 

Daha bir kədərli xəbər isə Hakkaridən gəlib. Belə ki, PKK-çı kamikadzelərin idarə etdiyi avtomobilin partladılması nəticəsində hadisənin baş verdiyi ərazidə xidmət aparan 2 polis əməkdaşı ölüb. Əraziyə təcili yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

 

Qeyd edək ki, həlak olan hərbçilər artıq dəfn edilib. 

Müəllif | Apa.Tv
Apa.tv