Avropa İttifaqı Türkiyəyə 1,4 milyard avro ayıracaq
Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınlara dəstək məqsədilə 1,4 milyard avro vəsait ayıracaq.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının qərarında bildirilib.
Sənəddə Avrokomissiyanın bu öhdəliyinin martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında imzalanan razılaşmaya uyğun olaraq yarandığı açıqlanıb. İttifaq tərəfindən ayrılacaq vəsaitin qaçqınların yaşayış, təhsil, səhiyyə problemlərinin həllinə sərf olunacağı bildirilib.
Qeyd edək ki, daha öncə ittifaqla Türkiyə arasında əldə olunan razılığa əsasən, nəzərdə tutulan 3 milyard dollarlıq vəsaitin 2,15 milyardlıq hissəsi artıq ayrılıb.