Gəncədə tikinti materialları mağazası yandı

Gəncədə mağazada yanğın olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin "Daş körpü" adlanan ərazisində Təbriz küçəsində qeydə alınıb.


Vətəndaşa məxsus ümumi sahəsi 600 kv. metr olan tikinti materialları mağazasında yaranan alovu söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsində mağaza anbarının 210 kv. sahəsi olan dam örtüyünün yanar konstruksiyaları, içərisində olan boyalar və tikinti materialları yararsız hala düşüb. Mağazaya bitişik ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli