Neft sürətlə ucuzlaşır, qızıl bahalaşmağa başladı
Dünya bazarında neftin ucuzlaşması davam edir.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,11 dollar azalaraq 42,59 dollar olub.
Qərbi Texas nefti də ucuzlaşıb. WTI markası 1 barelə görə 0,15 dollar azalaraq 40,19 dollar təşkil edib.
Ötən gün xəbər verdiyimiz kimi, Brent markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib. Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 milyon bareldən 521,1 milyon barelədək artıb.
Bu arada qızılın unsiyası 1,70 dollar artaraq 1 342,90 dollara, gümüş isə 0,04 dollar artaraq 20,23 dollara satılıb.