Bakıda 17 yaşlı gənci maşın vurdu

Ötən gecə Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.


Yolu keçmək istəyən 17 yaşlı piyada Rəşad Cəlilovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib. Həkimlər Rəşad Cəlilovun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv