"Ən-Nüsra" "əl-Qaidə"dən ayrıldı - ABŞ İNANMIR
Suriyada müxalif "ən-Nusra Cəbhəsi" "Əl Qaidə"dən ayrılıb və təşkilat yenidən qurulub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, "ən-Nusra Cəbhəsi"nin lideri Əbu Muhammed əl Culani ilk dəfə video mesaj ilə təşkilatın "əl-Qaidə"dən ayrıldığını və yeni adının "Fetih əl-Şam Cəbhəsi" olduğu bildirib.
Culani məqsədin ABŞ və Rusiyanın arasındakı güclərin suriyalıları bombalamaq üçün istifadə etdiyi bəhanəni aradan qaldırmaq olduğunu söyləyib.
ABŞ-dan gələn ilk açıqlamada Vaşinqtonun qrupu "terror təşkilatı" kimi tanımaqda davam edəcəyi bildirilib. Dövlət Departamentindən verilən açıqlamada "ən-Nusra Cəbhəsi"nin bu hərəkətinin sadəcə ad dəyişikliyi olduğu qeyd olunub.
Culani əlaqələri kəsmə ehtiyacını anlayışla qarşıladıqları üçün "əl-Qaidə" komandanlığına təşəkkürlərini bildirib.
Xatırladaq ki, "ən-Nusra Cəbhəsi" terror təşkilatı "əl-Qaidə"nin Suriya qolu olaraq tanınırdı.
Keçən həftə ABŞ xarici işlər naziri Con Kerri və rus həmkarı Sergey Lavrov "ən-Nusra Cəbhəsi" və İŞİD kimi cihadçı terror təşkilatları ilə mübarizə aparmaq üçün anlaşdıqlarını açıqlayıb.