Norveç hökuməti Finlandiyaya torpaq bağışlayır - YUBİLEY HƏDİYYƏSİ
Norveç hökuməti qonşu ölkəyə ərazi bağışlamaq istəyir. APA TV-nin "Telegraph" nəşrinə istinadən xəbərinə görə, Xalti dağının Finlandiyaya hədiyyə olunması məsələsi nəzərdən keçirilir.
Norveç bu addımı həmsərhəd Finlandiyaya müstəqilliyinin 100 illiyi münasibətilə hədiyyə etmək fikrindədir.
Norveçin baş naziri Erna Sornberq bəzi formal çətinliklərin olduğuna baxmayaraq, məsələnin həll olunacağına ümid etdiyini deyir.
Xalti dağının iki yüksəkliyi var. Onlardan biri dəniz səviyyəsindən 1324, digəri isə 1361 metr yüksəklikdədir. Əgər qərar verilsə, daha alçaq pik Finlandiyaya yubiley hədiyyəsi ediləcək. Bu pik isə Finlandiyanın ən yüksək nöqtəsi olacaq.