TRT-də oxunan çevriliş mətni Prezident Sarayında hazırlanıb - ŞOK TƏFƏRRÜAT

Türkiyədə TRT-də oxunan çevriliş mətni prezident sarayında hazırlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Prezident Sarayının mühafizə alayında və baş yavər Ali Yazıcının otağında aparılan araşdırmalarda TRT-də silah gücünə oxudulan çevriliş mətninin qaralaması əldə olunub.

Mətnin ilkin variantı baş yavər Ali Yazıcının otağında, son variantı isə Çankaya Köşkündəki Mühafizə Alayında hazırlanıb. Mətnin Ali Yazıcı ilə prezident Ərdoğanın digər üç yavəri Mete Semercioğlu, Şafak Deliacı, Erkan Kıvrak və prezidentin Mühafizə Alay komandanı Muhsin Kutsi Barış, Törən protokol Komandanı Haydar Aktaş tərəfindən hazırlandığı iddia olunur.
 

Çevrilişçilərin mətni hazırlayarkən Kənan Evrenin 12 iyul çevrilişində oxuduğu mətndən yararlandıqları ortaya çıxıb.

 

Qeyd edək ki, ölkədə baş verən çevriliş cəhdində Ərdoğanın yavərləri həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv