Türkiyədə Azərbaycan bayrağını zibil qutusuna atdıran keçmiş vali tutuldu

Keçmiş Bursa valisi Şahabettin Harput Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bursa valisi olduğu dönəmdə onun bir sıra qanun pozuntularına yol verdiyi üçün həbs edildiyi bildirilib.

 

Şəhər rəhbəri postundan getdikdən sonra Şahabettin Harput bir neçə gün öncə fəaliyyəti dayandırılan Orhan Gazi Universitetinin idarə heyətində təmsil olunub.

 

Qeyd edək ki, Ş.Harput Bursada işlədiyi dövrdə şəhərdə təşkil olunan Türkiyə-Ermənistan futbol matçı zamanı stadiona Azərbaycan bayrağının keçirilməsinə qadağa qoymuş, nəticədə azarkeşlərdən götürülən bayraqlar tullantı üçün nəzərdə tutulan qutulara atılmışdı.

 

 

Müəllif | Apa.Tv
Apa.tv