Türkiyə Qazaxıstana səsləndi: Gülənlə bağlı olan təhsil müəssisələrini bağlayın!

Ankara Astananı Fətullah Gülənlə bağlılğı olan və ölkədə fəaliyyət göstərən təhsil müəssisələri ilə bağlı qərar verməyə çağırıb.

 

APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, bunu Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık bildirib.

Səfirin sözlərinə görə, hazırda çalışdığı ölkədə rəsmi Ankaranın dəstəklədiyi yeganə təhsil müəssisəsi Xoca Əhməd Yəsəvi adına universitetdir. Digər "Qazax-Türk məktəbləri" və ya "Qazax-Türk liseyləri" adlandırılan qurumların Türkiyə dövlətinə heç bir aidiyyəti yoxdur.

 

Xatırladaq ki, rəsmi Ankara Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdinin məhz Fətullah Gülən tərəfindən planlaşdırıldığını bəyan edir.

 

Müəllif | Apa.Tv
Apa.tv