Binəli Yıldırım: "Hərbi bazaları bağlayıb, yerində park salacağıq"
"Bu ilin iyun ayında ölkədə hərbi çevriliş cəhdi zamanı istifadə olunan bütün hərbi obyektlər bağlanacaq".
APA TV-nin məlumatına görə, bunu Ankarada təşkil olunan mitinq zamanı çıxışında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O, Akıncı hərbi bazası da daxil olmaqla, çevriliş planının həyata keçirilməsi zamanı istifadə olunan bütün obyektlərin fəaliyyətinə xitam veriləcəyini bildirib.
Baş nazir əlavə edib ki, bağlanan hərbi bazaların yerində vətəndaşların istirahəti üçün parklar salınacaq.