Ceyranbatanda mənzillərin qənimi ələ keçdi
Abşeron Rayon Polis İdarəsinə Ceyranbatan qəsəbəsində bir necə mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub.
APA TV-nin xəbərinə görə, aparılan araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 25 yaslı Eminağa Cəfərov saxlanılıb.
Məlum olub ki, o, 6 ay ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində ümumilikdə 20-yə yaxın mənzildən oğurluq edib. Saxlanılan Eminağa Cəfərov mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.
Oğurluq yolu ilə əldə etdiyi qızılları Bakıdakı “Moskva” univermağında satdığını deyən Eminağa Cəfərov bütün pulları xərclədiyini bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.